Qurani-Kərimi yandıran siyasətçi danışdı: "Qorxuram"

Qurani-Kərimi yandıran siyasətçi danışdı: "Qorxuram"
DÜNYA
13:31 23.01.2023
437
Türkiyənin İsveçdəki səfirliyi yaxınlığında Qurani-Kərimi yandıran İsveç vətəndaşı Rasmus Paludan İsveç mətbuatına danışıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən Həftə sonu ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçin Türkiyədəki səfirliyi qarşısında Qurani-Kərimi yandırmasından sonra Türkiyə ilə İsveç arasında onsuz da gərgin olan münasibətlər dönüş nöqtəsinə çatıb.

Yerli hökumətlərə və təhlükəsizlik qüvvələrinə "Quranı yandıracağı barədə əvvəlcədən xəbərdarlıq edən” və Ankaranın tələblərinə baxmayaraq öz çirkin hərəkətini həyata keçirən Paludan susqunluğunu pozub. İsveç mətbuatına açıqlama verən Paludan Türkiyə başda olmaqla bir çox ölkədən gələn reaksiyalardan sonra ilk dəfə açıqlama verib.

İfrat sağçı siyasətçi reaksiyadan qorxduğunu bildirib:
 
"Bunu edərkən düzgün etdiyimi bilirdim. Siyasi səbəblərim olduğu üçün bunu etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim" - deyib.

Daha əvvəl də oxşar hərəkətlər edən Paludan "Keçmişlə müqayisədə indi daha çox təhdidlər var” şərhini verib. 2019-cu ildən mühafizəçisi olduğunu bildirən Paludan "Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhlükələr gəlir. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj olur və onlardan 5-i təhdiddir.

Jurnalistin "Qorxursan?” sualına Paludan belə cavab verib:
 
"Bəli, qorxuram, çünki kimsə məni öldürəcəklərini deyib. Mənə nə edəcəyimi deyirlər”, - deyə o bildirib. "Bu hərəkətlə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur”, - ifrat sağçı təcavüzkar bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR