Quranı yandıran təxribatçı danışdı: “Bu, mənim fikrim deyildi”

Quranı yandıran təxribatçı danışdı: “Bu, mənim fikrim deyildi”
DÜNYA
12:08 26.01.2023
326

 

İsveçdə Quranı yandıran siyasətçi Rasmus Paludan müsəlman dünyasının böyük reaksiyasına səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveç mətbuatına danışan Paludan "Qurani-Kərim”i yandırmağın onun fikri olmadığını bildirib.

Paludan aksiya xərclərini qarşılayan jurnalist Çanq Frikin mesajlaşma yolu ilə onunla əlaqə saxladığını, lakin Quranın yandırılması məsələsini müzakirə etmədiklərini bildirib.

İsveç mətbuatı onlar arasındakı mesajları yayıb.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK/YPG terror təşkilatı tərəfdarlarının prezident Ərdoğanı hədəf alan çirkin hücumu və bunun ardınca Rasmus Paludan adlı siyasətçinin Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quranı yandırmasına Türkiyənin də reaksiyası sərt olub.

Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR