Qurban bayramı namazının vaxtı açıqlandı

Qurban bayramı namazının vaxtı açıqlandı
SOSİAL
11:57 14.07.2021
1061
Azərbaycanda Qurban bayramı ilə bağlı qılınacaq bayram namazının vaxtı açıqlanıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi tövsiyədə bildirilir.

Qeyd olunub ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Tövsiyələrdə o da vurğulanıb ki, şəriətə uyğun olaraq qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.
OXŞAR XƏBƏRLƏR