Qurban bayramı nə vaxtdır? Avtobus, metro işləyəcək? - VİDEO

Qurban bayramı nə vaxtdır? Avtobus, metro işləyəcək? - VİDEO
SOSİAL
16:48 15.07.2021
2522
Azərbaycanda Qurban bayramına sayılı günlər gəlir.
 
AZXEBER.COM xəbər verir ki, baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.
 
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.
 
Beləliklə, ölkəmizdə bayramla əlaqədar 4 gün - 18,19,20 və 21 iyul qeyri-iş günləridir.
 
Qeyd edək ki, bu günlərdə Azərbaycanda avtobus və metro fəaliyyətini dayandıracaq. 17 iyul isə metro və ictimai nəqliyyat fəaliyyət göstərəcək.
 
OXŞAR XƏBƏRLƏR