Dietoloq Qurban bayramında ətin düzgün hazırlanması ilə bağlı tövsiyyələr verib.
AZXEBER.COM xəbər verir ki, türkiyəli dietoloq Fatma Yasemin Qurban bayramında istifadəsi artacağı üçün ətin bişirilməsi ilə bağlı xəbərdarlıq edib. Təzə doğranmış ətin qızardılmasının düzgün olmadığını, mümkün qədər qaynadılmasına ehtiyac olduğunu qeyd edib. Bildirib ki, ət zülal baxımından ən zəngin qidadır. İçərisində çoxlu miqdarda B qrupu vitaminləri var. Maqnezium, sink, selenium kimi mineralları da sıx şəkildə ehtiva edir. Tərkibində C və E vitaminləri yoxdur. C vitamini və E vitamini olmadığı üçün tərəvəzlərlə birlikdə istifadəyə uyğundur.
Dietoloqun sözlərinə görə əti öz yağında bişirmək daha doğrudur. Ət bişirilərkən piy, quyruq yağı kimi yağlar əlavə edilməməlidir. Ət kömürləşərsə, kanserogen ola bilər. Ona görə də əti manqaldan müəyyən məsafədə bişirmək lazımdır.
Ətin dincəlməsinin çox vacib olduğunu vurğulayan dietoloq, həzm probleminin yaşanmaması üçün ətin 24 saatdan sonra bişirilməsinin məqsədə uyğun olduğunu söyləyib:
"Səhərlər birbaşa ət yemək düzgün deyil. Ona görə səhər yeməyi mütləq edilməlidir. Səhər yeməyindən sonra qurban ətinin porsiyasını aşmamaq lazımdır. Bu 90-100 qramdır. Qurban bayramında mütləq gündə 2 litr su içilməlidir. Ətlə birlikdə tərəvəz və meyvənin qəbuluna diqqət yetirilməlidir. Bayram günlərində bol su içmək və fiziki fəaliyyətlə məşğul olmaq lazımdır”.
Şəbnəm