Qurban Qubanov: Bizə belə qələbə lazım deyil

İDMAN
23:00 04.10.2015
6635

"Ağır oyun oldu. "Anderlext"lə oyundan sonra bir çox futbolçularda güc itkisi vardı.Ən çox güc itirən oyunçu Reynaldo idi. Ona istirahət vermək istəyərdim, amma oyunun gedişatında əvəzləbməyə ehtiyac yarandı.Müəyyən çatışmazlıqlar da var idi. Coşqun da bir qədər yorğun idi".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı penalti epizodunu da şərh edib

"Reynaldo epizoduna gəlincə mən hakimdən daha yaxın idim. Düşünürəm ki, orada penalti epizodu yox idi. Bizə belə qələbə lazım deyil bu tipli söz-söhbətlər olsun".

Qeyd edək ki, Qurbanovun tapşırığı ilə futbolçu topu kənara vurub.

OXŞAR XƏBƏRLƏR