Qurban Qurbanov 10-cu çempionluqdan danışdı: “Dəyişikliklər etmək planlarımız var”

İDMAN
23:58 13.05.2023
401

"Futbolçularıçmı təbrik edirəm. Sevinirəm ki, bu il bunu bacardılar”.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 2022/23 mövsümünün qalibi olması ilə bağlı danışarkən deyib. Təcrübəli mütəxəssis səfərdə "Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra komandası ilə fəxr etdiyini bildirib:

"Futbolçular mövsümün əvvəlindən bu günə kimi hər matça çempionluq istəyilə çıxdılar. Azarkeşlərimizi təbrik edirəm. Komandam, futbolçularımla fəxr edirəm”.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasında daha irəli getmək istədiklərini söyləyib:

"İndidən avrokuboklardakı hədəf barədə danışa bilmərik. Məqsədimiz daha irəli getməkdir. Komandanı necə hazırlaşdıra biləcəyik, bunu demək çətindir. Bəzi dəyişikliklər etmək planlarımız var. Heyətimizi genişləndirməyə çalışacağıq. Daha irəli getmək istəyirik”.

OXŞAR XƏBƏRLƏR