Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"

Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"
İDMAN
15:51 19.06.2017
1273
"5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ"ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

Bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 
O bildirib ki, hazırda Gürcüstan çempionatın davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk".
 
///report
OXŞAR XƏBƏRLƏR