Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”
İDMAN
00:50 25.08.2023
355
"Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu "Olimpiya”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Bakıda baş tutacaq cavab qarşılaşmasına daha ciddi hazırlaşacaqlarını bildirib: "Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. "Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq”.

Baş məşqçi qələbədə vacib rol oynayan detallara toxunub: "Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. "Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim”.

O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib. Q.Qurbanov oyunu standart vəziyyətlər üzərində qurmadıqlarını vurğulayıb: "Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.

Qeyd edək ki, "Qarabağ”la "Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır