Qurban Qurbanov: Böyük hesabla məğlub ola bilərik

Qurban Qurbanov: Böyük hesabla məğlub ola bilərik
İDMAN
23:59 02.11.2016
1392

"Sabah bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu matçdan yaxşı nəticəylə ayrılsınlar. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu oyunun onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda 2 oyun daha var”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşacaq ağdamlıların çalşdırıcısı mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.

 

O, sözlərinə belə davam edib: "Sabah yaxşı mübarizə aparmalıyıq. Futbolçularımız xarakter nümayiş etdirməlidilər. Qalib gəlmək istəyirik. Ancaq oyunun gedişində hər şey ola bilər. Məğlub olacağımız halda belə, qarşıdakı iki oyunda 6 xal toplayıb mərhələ adlaya bilərik. Ancaq sabahkı oyunda qarşımıza əsas məqsəd kimi uduzmamağı qoymuşuq”.

 

- Sabahkı oyunda meydanda fərqli PAOK gözləyirsiz?

- PAOK ev oyunlarında tam fərqli, daha aqressiv oynayır. Rəqib nə qədər təzyiq etsə də, müdafiədə diqqətli oynamalıyıq. Hücumda da dəqiq oynamalıyıq. Bu komandanın oyunçuları topla yaxşı davranır. Ancaq buna baxmayaraq, hücumlarımızı davam etdirməliyik. Oyunun əvvəlindəki təzyiqdən tezliklə yaxa qurtarmağa çalışacağıq.

 

- Növbəti mərhələyə kimin keçəcəyini düşünürsüz - PAOK, yoxsa "Qarabağ”?

- Özümüzün keçməyimizi istəyirəm, ancaq necə olacaq bilmirəm (gülür).

 

- Rəşad Sadıqov, Reynaldo və Miçel sabah meydana çıxacaq?

- Hələ dəqiq bilinmir. Ola bilsin, sabah bu üç futbolçudan hansısa meydana çıxsın.

 

- "Qarabağ” sabah ilk oyundakı kimi hücum futbolu sərgiləyəcək, yoxsa əks-hücum taktikasına üstünlük verəcək?

- Futbolda hər bir nəticəyə hazır olmalısan. Həmişə meydan sahibləri daha inamlı, hücumameyilli oyun sərgiləyir. Sabah müdafiə olunmaq lazımdısa, müdafiə olumalıyıq, hücum etmək lazımdısa, hücum etməliyik. Bu, oyunun gedişindən asılıdı. Bütün oyunu müdafiə olunmaq istəməzdim. Məncə, sabah meydanda həm hücum görəcəyik, həm müdafiə, həm də əks-hücum.

 

- PAOK çılğın azarkeşlərə malikdi. Ancaq "Qarabağ” bu cür komandalarla dəfələrlə qarşılaşıb. Əminliklə deyə bilərik ki, bu amil sabah komandaya mənfi mənada təsir etməyəcək?

- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Bizim azarkeşlər də burda olacaq. Düzdü, onların sayı rəqibdən az olacaq, ancaq bu, bizə mənfi təsir etməyəcək. İstəyərdim ki, həmin azarkeşlər Bakıda olduğu kimi 90 dəqiqə komandanı qələbəyə səsləsin. Sabah biz azarkeşləri yox, oyunu düşünəcəyik.

 

- Oyunda rəqibin erkən qol vurması komandaya necə təsir edə bilər?

- Futbolda belə hallar olur. Son dəqiqələrdə qol vurduğumuz da, top buraxdığımız da olub. Bu barədə düşünmürük. Nəticə qazanmaq üçün mütləq qol vurmalıyıq. 90 dəqiqə ərzində oyun hər bir komandanın xeyrinə dəyişə bilər.

 

- Burdakı oyunda "Qarabağ”a səfər amilindən başqa nə mane ola bilər?

- Rəqib çox ciddi komandadı. PAOK-la düşdükdən sonra düşündüm ki, bu komandaya böyük hesabla da məğlub da ola bilərik. Oyunçuların ustalıq səviyyəsi yüksəkdi. Bu, bizi narahat edir. Əsas problem, rəqibin bizə sürpriz etməsi ola bilər. Bunun üçün də, komanda sabah daha diqqətli olmalıdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir