Qurban Qurbanov cəzalandırıldı - “Qarabağ”a xəbərdarlıq edildi

Qurban Qurbanov cəzalandırıldı - “Qarabağ”a xəbərdarlıq edildi
İDMAN
16:07 27.09.2023
1287
AFFA İntizam Komitəsi "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu bir oyunluq cəzalandırıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna 51 yaşlı mütəxəssisin səfərdə "Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.
"Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. Əyalət təmsilçisi bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan başqa, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi "Qarabağ”a xəbərdarlıq edib. Ağdam klubunun azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.
OXŞAR XƏBƏRLƏR