"Qurban Qurbanov əla məşqçidir" - Makedoniya mətbuatı

"Qurban Qurbanov əla məşqçidir" - Makedoniya mətbuatı
İDMAN
14:14 27.03.2018
2166
Bu gün Antalyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu rəqib ölkə mətbuatının da gündəmindədir.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, "daily.mk" saytı axşamkı qarşılaşma ilə bağlı yazı hazırlayıb. Millimizin baş məşqçisi Qurban Qurbanovun yüksək səviyyəli mütəxəssis olduğunu qeyd edən makedoniyalı jurnalistlər komandamızın heyətində Riçard Almeydanı fərqləndiriblər:

"Qurbanov əla məşqçidir. "Qarabağ"ı çalışdıran mütəxəssis indi həm də Azərbaycan millisinə başçılıq edir. O, bu mövsüm komandasını Çempionlar Liqasının qrupuna daşıyıb. "Qarabağ"ın 3 futbolçusu bu gün Makedoniyaya qarşı oynaya bilər. Bunlar Maksim Medvedev, Qara Qarayev və Riçard Almeydadır. Sonuncuya xüsusi diqqət yetirmək lazımdır. Milliləşdirilən braziliyalı hazırda rəqibimizin heyətində birmənalı olaraq ən yaxşı futbolçudur".

Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu bu gün saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR