Qurban Qurbanov futbolçulara təşəkkür etdi

Qurban Qurbanov futbolçulara təşəkkür etdi
İDMAN
10:52 17.09.2025
173
"Çox yaxşı qalibiyyət oldu. Belə qalibiyyətlər ölkəmizdə futbolu sevdirmək üçün təkan verir. Futbolçularıma təşəkkür edirəm ki, belə bir mübariz oyun göstərdilər. Oyunun ilk dəqiqələrində bəlkə də biraz stress oldu".

AZXEBER.COM xəbər verir ki, bu sözləri dünənki qarşılaşmadan sonra Azərbaycana qayıdan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəldiklərini qeyde edən Qurbanov bunu Azərbaycan Futbol tarixində ilk qalibiyyət olduğunu da vurğulayıb.

"Klub tarixində və Azərbaycan çempionlar Liqasında bu ilk qalibiyyət idi. Futbolçularımıza inamı gəldi. Həm də klub olaraq bəlkə biraz da böyüdü. Şükürlər olsun ki 2-0 məğlubiyyətdən sonra belə bir dönüş edib qalib olduq".
OXŞAR XƏBƏRLƏR