Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getməyək”

Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getməyək”
TOP4
02:18 21.11.2018
9372

Millətlər Liqasının son qrup matçında Kosovoya səfərdə 0:4 hesabı ilə məğlub olan yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

 46 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə oldu. O da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Kosovo millisinə uğurlar arzulayıram.

– Məğlubiyyəti yorğunluqla əlaqələndirərsiniz, yoxsa psixoloji problemlə?
– Bunların heç birini misal gətirmək istəməzdim. Rəqibin gücü həqiqətən üstün idi. Psixoloji cəhətdən də üstün idilər. Rəqibin ustalıq səviyyəsi bizdən üstün idi. Qalib gəlmək lazım idi. Fərqli istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da olur, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.

– Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiniz. Komandanın "B” planı yox idi ki, qol buraxılsa necə oynayacasınız? Axı, fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.
– Sadəcə, 3 oyunçu dəyişmək imkanımız var idi. Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hər hansısa dəyişiklik fayda verməyəcəkdi.

– Millətlər Liqası bitdi. Bizi, millimizi nə gözləyir? Qeyd etdiniz ki, millimizin potensialı budu. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə bizi nə gözləyir?
– Bunu deyə bilmərik. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyyən zamandan sonra cavab vermək olar.

Sport24.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik