Qurban Qurbanov: “Gərgin oyun alınsa da, nəticə bizi qane etdi”

Qurban Qurbanov: “Gərgin oyun alınsa da, nəticə bizi qane etdi”
İDMAN
22:42 31.08.2023
415
"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Çox gərgin oyun alındı. Nəticə bizi qane etdi”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan (ilk matç - 0:2) sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandasından razı qaldığını deyib:

"Heç bir futbolçuya irad bildirmək istəmirəm. Bu gün çox əziyyət çəkdilər. Problemlərimiz var idi, amma qrupa düşmək çox vacib idi. Bu səviyyədə qalmağı bacarmaq əhəmiyyətliydi. Azarkeşlərimizi Avropa futoblundan ayırmadıq. Bizim üçün çox böyük təcrübə oldu. Heyətdə xeyli dəyişikliklər var idi. Futbolçuların bir çoxu belə turnirlərdə oynanamışdılar. İnanıram ki, bu təcrübə bizə böyük kömək olacaq”.

Baş məşqçi komandaya müdafiədən oynamaq tapşırığı vermədiyini deyib:

"Bizim üçün nəticə çox vacib idi. Digər oyunlarda müdafiəyə bu qədər fikir verməmişdik. Arxa xətdə etibarlı oynamaq vacib idi. Hücum etmək istəyirdik, amma rəqibin risk edəcəyi gözlənilən idi. Lazım olan anda yaxşı müdafiə oluna bildik. Amma komandaya müdafiədə qalmaq tapşırığı verməmişdi. Futbolçulardan narazı olacağım məqam yoxdur”.

Mütəxəssis son oyunlarda şans qazanmayan Şahruddin Məhəmmədəliyevin gələcəkdə oynayacağını bildirib:

"Şahruddin bizim üzvümüzdür. Sadəcə, bəzən düşünmədiyimiz hallar yaşanır. Buna görə komandada oyunçuların sayı çox olur. Kimsə performansından uzaq olanda digərindən yararlanırıq. Şahruddinə gələcəkdə şans verəcəyik”.

Q.Qurbanov qrup mərhələsində hansı komandalarla qarşılaşmağın fərqinin olmadığını söyləyib:

"Məndə heç vaxt belə düşüncə olmayıb. Futbolun inkişafı üçün azarkeşlər bəzən böyük klubları istəyirlər. Kim olsa, narazılıq bildirməyəcəyik. Böyük klublar olanda böyük hesabla uduzmaq riski olur, amma onları canlı görmək, tanımaq mənim üçün həmişə xoş olub. Böyük klublarla düşsək, narazı olmaram, əksinə, sevinərəm”.

Çalışdırıcı 10-cu dəfə qrupa düşməyi daha çox arzuladığını gizlətməyib:

"Hər il qruplarda oynamaq həm hamımıza əlavə məsuliyyət yükləyir, həm də böyük inam verir. Böyümək üçün çətinliklərə hazır olmalıyıq. Bu il 10 rəqəmini tamamlamaq istəyirdik. Bəlkə də, mənim üçün hansısa illərdən daha önəmli oldu”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır