Qurban Qurbanov: "İmkanım olan kimi Şuşaya da gedəcəyəm"

Qurban Qurbanov: "İmkanım olan kimi Şuşaya da gedəcəyəm"
İDMAN
19:04 24.12.2020
749
"Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir. Özü hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda evdə "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.48 yaşlı mütəxəssis öz komandasını da təbrik etməyi unutmayıb. O, heç-heçəni daha ədalətli nəticə saydığını bildirib: "Bizim üçün də əsəbi oyun idi. Abdullah Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Matçın gedişatı elə idi ki, "Zirə" 4:0 hesabı ilə də qələbə qazana bilərdi. Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi".

Qurbanov qış fasiləsi müddətində heyətdə dəyişikliklərin gözlənilmədiyini də diqqətə çatdırıb: "Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ ki, heç nə yoxdur. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram"

Baş məşqçi "Qarabağ"ın sabit oyun sərgiləyə bilməməsinin səbəblərindən də danışıb: "Dekabra kimi bizim üçün heç də asan keçmir. 3 gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də bu mövsüm qalib son turda bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır".

Təcrübəli mütəxəssis koronavirusa yoluxması səbəbindən Ağdam səfərindən kənarda qaldığını xatırladıb. O, xəstəlik dövrünün çətin keçmədiyini söyləyib: "Eşitdiyiniz simptomlar məndə də mən var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldakı Avropa Liqasının oyunundan qayıdandan sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də getməyi çox istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız görmək istəyirik. İmkanım olan kimi Şuşaya gedəcəyəm".
 
Report

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO