Qurban Qurbanov Kadi barədə - “Gərək getməzdi”

İDMAN
11:58 02.02.2024
226
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən il komandadan ayrılan braziliyalı futbolçu Kadi Borxes barədə danışıb.

AZXEBER.COM xəbər verir ki, təcrübəli mütəxəssis futbolinfo.az saytına müsahibəsində vingerin addımının yanlış olduğunu bildirib:

"Məncə də. Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s. Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. Onlar bu günü düşünürlər, sabahı yox. Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar.

Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi. Amma onun yeri məhz "Qarabağ” idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. 5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün "Qarabağ”da qalmalıydı. Avropa klubları ilə fərqimiz həm də kaprizlərlə bağlıdır. Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi kaprizlərinə göz yumuruq, Avropada isə belə deyil.
Kadi bizim uşağımızdır, qayıtsa, istərəm. Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. Çox kasıb olub, demək olar yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. Biz də pis şərait yaratmamışdıq. Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?