Qurban Qurbanov: "Meydanda ən yaxşısını etməyə çalışacağıq..."

Qurban Qurbanov: "Meydanda ən yaxşısını etməyə çalışacağıq..."
İDMAN
11:03 14.08.2018
2887
"Daha öncə "BATE"nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, bizi bundan da ağır oyun gözləyir".

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda "BATE" ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.

Mütəxəssis bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, başqa çıxış yolu yoxdur: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

"Qarabağ" ilk görüşdə 0:1 hesabı ilə uduzub. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR