"Bəzən belə oyunlarun bitməsini istəmirsən. Meydanda əsl futbol var idi".
AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfrasında deyib.
50 yaşlı mütəxəssis yaxşı oyuna görə rəqibi təbrik edib: "Bu gün elə oyun oldu ki, "Sabah"a ancaq alqış düşür. Qarşımızda istəkli komanda var idi. Bu qarşıdakı rəqibi də daha məsuliyyətli edir. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər. Sürət, dinamika və hər şey yaxşı idi".
Qurbanov meydanda Avropa səviyyəli mübarizənin getdiyini diqqətə çatıdırıb.
Baş məşqçi məcburiyyətdən heyətdə bir neçə dəyişikliklər etdiyini söyləyib: "Maksim Medvedev və Rail Məmmədov təxminən 1 ay oynamayacaq. Bədavi Hüseynovun durumu ciddi deyil. Amma çox da risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük".