Qurban Qurbanov millidən gedir?

Qurban Qurbanov millidən gedir?
TOP4
23:02 07.12.2018
6662
Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

AZXEBER.COM yenicag.az-a istinadən xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarlar qəbul olunacağı gözlənilir.

Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Saytın əldə etdiyi özəl məlumata görə, sabah təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədir. Bu, iclasdan öncə olan son qərardır.

Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq "Qarabağ"ın "sükanı arxası"na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək.
OXŞAR XƏBƏRLƏR