Qurban Qurbanov: "Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib?"

Qurban Qurbanov: "Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib?"
İDMAN
23:33 09.05.2021
756
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Daha önəmlisi isə komandanın ilk dəqiqələrdən tempi qaldırması idi".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis oyundan razı qaldığını bildirib: "Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda hər şey asan olur. Ramin Quliyevə uğurlar arzu edirəm. O, komandanın sükanı arxasına keçdikdən sonra oyunlarında müsbət dəyişiklik hiss olunur. Bir də stadionu qeyd etmək istərdim. Ot örtüyü möhtəşəm idi".

Qurbanov penalti zərbəsini Mahir Emrelinin vurmamasının səbəbini izah edib: "Futbolçuma bombardir olmalısan, demək düzgün deyil. Əsas komandanın qələbəsidir. Digər tərəfdən, bu, oyunçunun psixologiyasına mənfi təsir edə bilər. Qəbələdə də belə hal olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmamalıyıq. Amma daha çox qol vurmasını istərdim. Amma qeyri-dəqiqlikləri olduğundan penaltini Maksimə həvalə etdim".

Baş məşqçi XXVII turda "Keşlə" ilə keçirəcəkləri oyuna da toxunub: "Hələ vaxtımız var. Belə oyunlarda məni futbolçunun ikinci sarı vərəqəni görməsi narahat edir. Ağıllı futbolçular onu asanlıqla təxribata çəkə bilər. "Keşlə"nin oyunlarına baxıb analiz edəcəyik. Bundan sonra Rahil Məmmədovun meydana çıxması ilə bağlı qərar veriləcək".

O, Emrelinin Polşa "Legiya"sı ilə anlaşması barədə xəbərlərə də aydınlıq gətirib: "Olsaydı, biz də bilərdik. Hazırda əsas fikrimiz qarşıdakı matçlardadır. Hələ ki, tələsmir. Başqa variantları da var. Amma rəsmi təklif gəlməyib".

Baş məşqçi "Qarabağ"ın Portuqaliya çempionatında çıxış edən Felipe Rayanla maraqlanması ilə bağlı məlumata münasibət bildirib: "Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər".

Qurbanov tez-tez ortaya atılan "Torpaqlar işğal altında idi deyə, "Qarabağ"a diqqət ayrılırdı" fikri ilə razılaşmadığını vurğulayıb: "Belə şey ola bilməz. Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması "Qarabağ"a sevgini daha da artırmalıdır. Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, "Qarabağ" zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir. Rəhbərlik belə bir fikrə heç vaxt düşməz Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər. Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam. Çünki "Qarabağ" dəyərdir".

Mütəxəssisin sözlərinə görə, sponsor pul ayırmasa, komanda ayaqda qala bilməz: "Ən çox gəlirimiz UEFA-dan gəlib. Amma komandanı saxlamaq heç də asan deyil. Xərclər böyükdür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
08:36 07.10.2026
Səsini AI-dan qorumaq üçün bu addımı atdı