Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"

Qurban Qurbanov: "Oyunda yaxşı sürət və dinamika gördüm"
İDMAN
22:51 27.08.2022
414
"Futbolçularımı təbrik edirəm. Çox vacib olan 3 xalı qazandılar. Oyunda yaxşı sürət və dinamika gördüm".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk hissənin bir az çətin keçdiyini bildirib: "Hər futbolçu üçün təcrübə toplamaq çox lazımdır. Cavid Hüseynova uğurlar arzulayıram. Yerli futbolçulara şans verirlər".

Qurbanov Avropa Liqasındakı təqvimləri barədə danışıb: "Bunları normal qarşılayıram. Sonda hər biri ilə oynamalıyıq. Ev və ya səfər matçı bir o qədər də seçilmir. Oyunçular daha çox təcrübə toplayıblar və azarkeş səs-küyünə hazır olublar".

Təcrübəli baş məşqçi bütün turnirlərdə maksimum nəticə göstərmək istədiklərini vurğulayıb: "Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün şansımız var idi. Amma alınmadı və ruhdan düşmdürük. UEFA Avropa Liqasında öz istədiklərimizi həyata keçirmək istəyirik. Əvvəl də belə komandalara qarşı oynamışıq. Qrup mərhələsindən çıxmaq üçün şansımız var. Amma rəqiblər də iddialıdır. Bəlkə onlar da bizimlə düşdükləri üçün sevinirlər".

Mütəxəssis komandada ab-havanın normal olduğunu sözlərinə əlavə edib: "Baş verənləri geridə qoymaq istəyirik. "Viktoriya!"ya uduzduğumuz üçün məyus olmuşuq. Futbolçular həmin matçdan sonra təsirlənmişdi. Bizim üçün hər mat sanki pley-off qarşılaşması idi. Futbolçular qalib gəlmək üçün əziyyət çəkmişdilər. Amma bir addımlığında dayandılar. Bu. futbolun yazılmamış qanunlarıdır. Bunu yaşamaq oyunçunu daha da böyüdür və inkişaf etdirir. Tez toparlanıb irəli baxmaq lazımdır".

Qurbanov Şahruddin Məhəmmədəliyevin durumu haqqında danışıb: "O, hazırda çox dilxordur. Bu, onun məsuliyyətindən xəbər verir. Deməli, o insan işində məsuliyyətlidir və daha yaxşı olmaq, böyümək istəyir. Sabah mən də səhv edə bilərəm və bu da müzakirə mövzusu ola bilər. Azarkeşlər oyundan sonra aqressiv və emosional olurlar. Şahruddini indidən sonra da sevəcəklər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR