Qurban Qurbanov: “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi"

İDMAN
23:38 13.08.2019
7034
"Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik”. 

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenada 0:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasının pley-offuna yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, futbolda bəzən düşünmədiyin nəticələr olur: "Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bizim üçün bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Çempionlar Liqasında davam etməyi çox istəyirdik. Bəzən həddən artıq zəif oyunla, bəzən də güclü oyunla məğlub olursan. Bu bizim işimizdir. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

Çalışdırıcı "Qarabağ”ın baxımlı oyun göstərməməsinə də aydınlıq gətirib: "Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur".

O, Slavçevin əvəzinə Kintananı meydana tez salmamasından da danışıb: "Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişatına görə addım ataq. İki oyunçumuz - Bədavi və Ozobiç zədəli idi. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı".

Q. Qurbanov bildirib ki, Avropa Liqası matçı üçün çempionat oyununun ertələnməsi üçün PFL-ə müraciət etməyi düşünürlər: "Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik". 

Baş məşqçi APOEL-in onu təcrübəsi ilə təəccübləndirdiyini də vurğulayıb: "Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdi avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. "Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik. Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq".

O, hakimliklə bağlı bəzi epizodlarda narazılığımız olduğunu da söyləyib: "Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar. Ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm".
 
///APA

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:22 19.09.2020

İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir

17:06 19.09.2020

Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

16:56 19.09.2020

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu

16:43 19.09.2020

Binəqədi Rayonunda təmizlik işləri həyata keçirilir

16:36 19.09.2020

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq

16:20 19.09.2020

DİN-dən müğənni Elnar Xəlilovla bağlı açıqlama

16:08 19.09.2020

“Şalvar götürəndən sonra həyətə girə bildim” - “Şortik” qalmaqalı davam edir

15:45 19.09.2020

BMT milyarderlərdən kömək istədi

15:30 19.09.2020

MTX-nin keçmiş direktoru: "Ermənistanda ciddi siyasi hadisələr olacaq"

15:23 19.09.2020

"Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib" - İlham Əliyev

15:18 19.09.2020

Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”

14:46 19.09.2020

Prezident: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"

14:14 19.09.2020

Paşinyanın arvadı növbəti dəfə erməni qadınlar üçün hərbi təlimlər keçirəcək

14:10 19.09.2020

Prokurorluq “Azərenerji”nin əməkdaşının ölümü ilə bağlı cinayət işi açdı

13:58 19.09.2020

Prezident yerli telekanallara müsahibə verdi

13:39 19.09.2020

ABŞ-da etirazlarda atışma: Ölənlər var

X Mostbet