Qurban Qurbanov: "Şahruddin mənim ən güvəndiyim oyunçularımdandır"

Qurban Qurbanov: "Şahruddin mənim ən güvəndiyim oyunçularımdandır"
İDMAN
14:01 24.08.2022
340
"Şahruddin mənim ən güvəndiyim oyunçularımdan biridir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çexiya səfərindən qayıdarkən hava limanında jurnalistlərə açıqlamasında bildirib.

"Şahruddin Məhəmmədəliyev çox məyusdur. Mən onun yanındayam. Şahruddin ən güvəndiyim, daima öz üzərində çalışan oyunçularımdan biridir".

Baş məşqçi həmçinin yaxın zamanlarda yeni transferin ola biləcəyini də istisna etmədi:

"Oyunçu sayımızın artmasını istəyirik. Az vaxt qalsa da, qarşıdakı günlərdə bu istiqamətdə müəyyən addımlar atmağa çalışacağıq". 

Qeyd edək ki, komandamız UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiyanın "Viktoriya Plzen" klubuna 2-1 hesabı ilə məğlub olaraq mübarizəsini Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR