Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirdi

İDMAN
13:36 12.10.2022
266
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiya Premyer Liqası klublarının Marko Veşoviçlə maraqlanması iddiasına münasibət bildirib.

50 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.

Qurbanov bunun normal olduğunu söyləyib: "Dəfələrlə belə hal yaşanıb. Çox futbolçumuza təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Yeni sözləşmə qarşıdakı aylarda müzakirə ediləcək. Narahat olacaq bir şey yoxdur".
OXŞAR XƏBƏRLƏR