Qurban Qurbanov: "Viktoriya" ilə ilk oyunu Bakıda keçirmək üstünlükdür"

Qurban Qurbanov: "Viktoriya" ilə ilk oyunu Bakıda keçirmək üstünlükdür"
İDMAN
10:46 10.08.2022
285
"Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq, əlimizdəki şanslardan yararlanmağa maksimum çalışacağıq".

AZXEBER.COM-un Report-a istinadla məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis "Viktoriya" ilə duelin əhəmiyyətini çox yaxşı anladıqlarını vurğulayıb: "Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolu çox intizamlıdır. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram".

Qurbanov ilk görüşü Bakıda keçirmələrini komandası üçün üstünlük saydığını gizlətməyib: "İlk oyunun Bakıda olmasına gəldikdə, xeyirlisi, qismətimizdə budursa, razılaşmalıyıq. İlk matça ciddi hazırlaşmalıyıq. İnanıram ki, ev oyunu üstünlüyümüz olar".

Baş məşqçi pley-off mərhələsinədək heyətə yeni oyunçu cəlb etməyin mümkünlüyünü də dilə gətirib. Qurbanovun fikrincə, bu, baş verməsə belə, hazırkı heyət də hədəfə çatmaq üçün yetərlidir: "Müdafiə xətti ilə bağlı hazırda hər hansı fikrimiz yoxdur. Amma ola bilər ki, digər mövqelərə hər hansı dəyişiklik olsun. Olmasa belə, hazırkı heyət yetərlidir və çox istəklə çıxış edirlər, çox həvəslidir. İstədiyimiz oyunçuları əldə edə bilsək, mütləq götürəcəyik, olmasa, elə bu heyətlə də davam edəcəyik".

Təcrübəli mütəxəssis III təsnifat mərhələsində "Ferentsvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən də danışıb. O, komandasının istənilən oyunu ortaya qoyduğunu söyləyib: "Əlbəttə, oyunu ələ almaq, üstünlüyü öz tərəfinə keçirmək istəyirsən. Bunlar bəzən alınır, bəzən yox. Bəzən də rəqib oyuna daha yaxşı başlayır. Sevinirik ki, cavab görüşü bizim üçün çox yaxşı başladı. Erkən qol vurmaq istəyirdik, bu da alındı. Deməzdim ki, rəqibi yaxşı təhlil etmişdik və ya əlavə bir şey ortaya qoyduq. Sadəcə, düşündüyümüzü daha yaxşı etdik və rəqibə qarşı daha sıx oynadıq. Şadıq ki, hər şey bizim tərəfimizdə oldu. Oyundan əvvəl və sonra rəqib baş məşqçi Stanislav Çerçesovla görüşümüz oldu. Qarşılaşmanın ardından bizi qələbə münasibətilə təbrik etdi".

Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk oyununu 16/17 avqustda evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik