Qurban Qurbanovdan Rövnəq Abdullayevə - cavab

İDMAN
22:58 11.11.2011
1598

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevin bugünkü bəyanatına münasibət bildirib.

Qeyd edək ki, R.Abdullayev gənc olduğu üçün Qurbanovun millinin baş məşqçisi olmayacağını deyib. Qol.Az-ın müxbiri ilə söhbətində isə Q.Qurbanov bildirib ki, Rövnəq Abdullayevin fikirlərinə hörmətlə yanaşır. «Amma onu deyə bilərəm ki, mən o qədər də gənc deyiləm» - deyə o vurğulayıb. Q.Qurbanovun bu məsələylə bağlı geniş müsahibəsilə irəliləyən dəqiqələrdə tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR