Qurban Qurbanovdan xeyirxah addım - Xəstə həmkarını əməliyyat etdirdi

Qurban Qurbanovdan xeyirxah addım - Xəstə həmkarını əməliyyat etdirdi
TOP4
01:33 07.11.2017
4540
"Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov xeyirxah addım atıb.

AZXEBER.COM "Sportlife”-a istinadən xəbər verir ki, Qurbanov ürək xəstəliyindən əziyyət çəkən keçmiş komanda yoldaşı, Tovuzun "Turan” klubunda birgə oynadığı Vəli Hüseynovu əməliyyat etdirib.

Əməliyyat üçün lazım olan 10 000 manatı ödəməyi öz öhdəsinə götürən Qurban Qurbanov, keçmiş komanda yoldaşının əlavə xərclərinə də köməklik edib.

Qeyd edək ki, Vəli Hüseynov "İnter” klubunun U-14 komandasında baş məşqçi kimi çalışırdı.
OXŞAR XƏBƏRLƏR