Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
Siyasət
17:17 16.07.2025
442
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin "I Love Baku" brendinin, "Azərpoçt” MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə "Coffeemood" adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün "Oxu” saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.

Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır