Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub

Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Siyasət
16:37 16.07.2025
460
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Heydər Əliyev Mərkəzində olublar.

AZEBER.COM xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Oquldjaxan Atabayeva əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə -1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonağa bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra Oquldjaxan Atabayeva "Kukla İncəsənətdə" və Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

Daha sonra qonaq tanınmış heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri”, rəssam və heykəltaraş Luiz de Souzanın "Əbədiyyətin ifadəsi" sərgiləri ilə tanış olub.

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva arasında görüş keçirilib.

Görüşdən sonra Mərkəzin direktoru Anar Ələkbərov qonağa xatirə hədiyyəsi təqdim edib.

Oquldjaxan Atabayeva Mərkəzdən xoş təəssüratla ayrılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır