"Quru sərhədlərin bağlı qalması pandemiya ilə bağlı deyil" - "Gerçək SƏBƏB ODUR Kİ..."

"Quru sərhədlərin bağlı qalması pandemiya ilə bağlı deyil" - "Gerçək SƏBƏB ODUR Kİ..."
SİYASƏT
12:00 13.10.2023
5310
Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
 
AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, quru sərhədlərin açılmaması pandemiya ilə bağlı deyil:

"Quru sərhədlərin açılması ilə bağlı nəsə söyləmək çox çətindir. Düşünürəm ki, sərhədlərin bağlı qalması yalnız pandemiya ilə əlaqəli deyil. Çünki, pandemiya ilə bağlı bütün qadağalar aradan qaldırılıb. Ola bilər ki, bu Azərbaycanın daxili təhlükəsizliyi ilə bağlıdır. Hazırda çox həssas durumlardan keçirik, ola bilsin ki, hökumət də bununla bağlı quru sərhədləri bağlı saxlayır. Amma artıq o təhlükələr aradan qalxmaqdadır. Ümid edirəm ki, bundan sonrakı mərhələdə quru sərhədlərin açılmaması ilə bağlı qərar uzadılmayacaq. Güman edirəm ki, vəziyyət daha yaxşıya doğru gedərsə, yaxın zamanlarda quru sərhədlərin limitli şəkildə açılması mümükün olacaq.
 
Hökumətin sərhədlərin bağlı saxlamasından narahat olduğunu deyən millət vəkili bunun Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərdiyini deyib:

"Hökumət bununla bağlı daha məlumatlıdır. Ümid edirik ki, dövlət quru sərhədlərin açılması istəyini bilir və insanların ciddi narahatlığına səbəb olur. Bu Azərbaycanın iqtisadiyyatı ilə bağlı xaricdə təhsil alan tələbələrin də xaricə getməsinə mənfi təsir göstərir".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR