AZXEBER.COM xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Murad Arif yazıb.
Sənətçi quru sərhədlərinin hələ də bağlı olmasını sərt dillə tənqid edib:
"Amma, vacib bir məqam unudulub. Onların arasında fəhləliklə məşğul olan, kasıb etnik azərbaycanlılar zərər çəkir.
Çünki, fəhləsi, ustası, kasıbı, çoxuşaqlı ailəsi olan həmyerlilərimiz, MƏCBURƏN, od qiymətinə hər üç aydan bir təyyarə biletləri almalıdır.
Məsələn, bir Gürcüstan azərbaycanlısı olan fəhlə, qazandığı qəpik-quruşla 3-4-5 nəfərlik ailəsini hər üç aydan bir Gürcüstana keçirtməlidir...
Pandemiyadan öncə, bu problem olmayıb. Çünki, quru sərhədlər maddi baxımdan münasib idi.
İndi bu yazıq insanlar nə etsin?
Bu kateqoriyaya düşən, imkansız adamlar necə ödəsin təyyarə biletlərini? Biz soydaşlarımızı düşünərək, heç olmazsa ildə bir dəfə edə bilmzdikmi bu torpaq-bastını Niyə insan yönümlü ola bilmirik axı?
Və quru sərhədlə ölkəni tərk etmək olur. Amma geri dönüş yalnız təyyarə ilə!"
Aysel