"Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var" - Ruhi Əliyeva

"Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var" - Ruhi Əliyeva
SOSİAL
21:06 06.05.2022
563
Daim şəhid və qazi ailələrini diqqətdə saxlayan iş xanımı, "Liatris Holding”in rəhbəri Ruhi Əliyeva bu dəfə Ramazan Bayramını qazilərlə birgə keçirib.

News24.az-ın məlumatına görə, bayram tədbirində 80-ə yaxın qazi ilə yanaşı Vətən Müharibəsi qəhrəmanı, XTQ-nin baş leytenantı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli də iştirak edib.

Xalq artistləri Könül Xasıyeva, Fidan Hacıyeva, Əməkdar artist Anar Şuşalı, müğənni Elnur Məmmədov, Ayaz Qasımov və qiraətçi Xəzər Süleymanlı bayramı qazilərlə keçirmək üçün tədbirə gəlib.

Azərbaycanın himni ilə açılan tədbirdə öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. 

Daha sonra iş xanımı Ruhi Əliyeva söz alıb: "Mənim əziz qardaşlarım, Vətən fədailərim. Canı-qanı ilə bu torpağı qoruyan cəsur, igid həmvətənlərim. Özündə rəhmət, bərəkət, sevgi, barış, paylaşmaq kimi neçə-neçə hikmətləri birləşdirən bu müqəddəs ayın bu özəl günündə sizlərlə görüşmək mənim üçün ikiqat bayramdır. Çünki mənə görə Vətənə sevgi, torpağa, yurda bağlılıq çox böyük iman, qutsal görəvdir. Sizlər həm Allah, həm Vətən qarşısında öz borcunu hər kəsdən daha yüksək, daha candan ödəmiş insanlarsız.

Bu gün sizin sayənizdə biz bayramlar qeyd edirik. Məhz sizin sayənizdə firavan, rahat həyatımızı yaşaya bilirik. Bu bəxtəvərliyi, bu məsud yaşamı siz və bu torpaq üçün canından keçib şəhadətə yüksələn oğullarımız və Ali baş komandanımız İlham Əliyev bəxş eləyib. Bu xalq, bu millət, bütöv Azərbaycan bu gün sizin bu fövqəl ənəllərinizin qarşısında baş əyir, sizə dərin məmnunluğunu, etiramını bildirir. Mən bir azərbaycanlı ana, xanım kimi hər zaman sizlərlə fəxr edirəm. Qürur duyuram ki, oğullarımın sizin kim əmiləri, dayıları var".

Bizə bu böyük Zəfəri yaşadan, qələbə sevincini daddıran hər bir qardaşımıza, əsgərimizə, zabitimizə, hərbçimizə, Vətən oğullarımıza dərin minnətdarıq. Sizlərə eşq olsun! Bayramlar da, sevinmək də hər kəsdən çox sizin haqqınızdır".

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova təşkilatçılığa görə iş xanımı Ruhi Əliyevaya öz təşəkkürünü bildirib: "Ruhi Əliyeva hər zaman şəhid və qazi ailələrinin yanında olub. Xüsusi təşəkkürümü bildirirəm. Şəhid və qazi ailələrinə dəstək olan insanın adı hər zaman ürəyimin başındadır.  Hər bir kəs bu əməllərdən nümunə götürməlidir. O, doğrudan da əsl azərbaycanlı xanımıdır. Çox sağ olun ki, məni igid qardaşlarımla birgə Ramazan süfrəsinə dəvət etmisiniz”.

Qazilər də tədbirdə fikirlərini bölüşüb. Onlar R.Əliyevaya təşəkkür edərək səngər dostlarını gördükləri üçün şad olduqlarını bildiriblər: "Hər nə olursa olsun, ilk və son sözümüz Vətən sağ olsun!”

Sonra söz verilən şəhid atası Asəm İbrahimli göz yaşları ilə çıxış edərək hər kəsi kövrəldib: "Mən bir yox, üç min balamı itirdim. Bu gün Adil həyatda olmasa da, sizin kimi qardaşları olduğu üçün şadam. Ruhi xanıma da çox təşəkkür edirəm ki, məni bu igid oğullarımla görüşdürdü”. 

Şəhid atasının sözlərindən təsirlənən xanəndə Xalq artisti Könül Xasıyeva qazilərin xahişi ilə şəhidlərimizdən birinin sağlığında dilədiyi arzunu reallaşdırıb. O, "Xatırlayarsan məni” mahnısını canlı ifa edib.
 
Ardınca qazi Ziya Səlimov şəhidlərin xatirəsini anıb, "Xudayar təsnifi”ni ifa edib.

Tədbirin sonunda qazilər və tədbir iştirakçıları Xalq artisti Fidan Hacıyeva ilə birgə "Azərbaycan” mahnısını oxudular.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu