Elgün ƏfəndiyevBir vaxtlar alışıb-yanırdın sən də
İndisə, hicabda görürəm səni
Bir ara çatlarda oğlan tutardın
İndisə, gözündən bilirəm səni
Həyatmı dəyişdi, ya həyatınmı?
Bir vaxtlar əyninə don da geyməzdin
Nədən bürümüsən o bədənini?!
Sən ki, heç bir zaman belə gəzməzdin
Çılpaq qıçlarınla dostluq edərdin
Çılpaq dostlarınla çıxardın çölə
Yupkanı qısaldıb qürrələnərdin
Qısa ətəklərə olardın kölə
İndi qolların da görünməyir heç
Bir vaxt boyunlara dolaşan qollar
Səni görsələr də tanımazlar heç
Sinənlə bərabər nəfəs alanlar
Bir vaxt dizlərinlə addım atardın
İndi Allah üçün diz çökürsən sən
Ünvansız evlərdə sərxoş yatardın
İndi zəmzəm içib dua edirsən...
Sonunda qarşına kişimi çıxdı?
Ya sənmi əxlaqsız olmusan, qadın?!
Heyvani hisslərdən baş qaldıraraq
Şəhvət röyasından niyə oyandın?!
Bir heç düşünmədin, axı həyatda
Namuslu olmaqçun dindar olmağa
Hicaba bürünüb namaz qılmağa
Gərək yoxdu, qadın...
Əgər daxilin Heyvani hisslərə təslim olubsa,
Soyunsan da sənsən, bürünsən də sən
Özünü dərk edib çılpaq olsan da,
Namusla, başı dik gəzə bilərsən!
İndisə, qulaq as, dinlə sən bunu
Çoxları keçibdir sən keçən yolu
Namus geyim deyil, namus din deyil,
O hər bir insanın öz vicdanıdır
Namus soyunmaq, geyinmək deyil
O hər bir insanın qürur payıdır ...
Qürurlu ol, qadın!!!