Milyonlarla insan koronavirus epidemiyasının sonunu səbrsizliklə gözlədiyi halda, quş qripinin yayılması bütün dünyanı qorxuya salıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirusdan 25 dəfə daha ölümcül olan quş qripi virusu yenidən yayılmağa başlayıb.
Oxşar hallar İngiltərə, Fransa, Hollandiya, Yaponiya və Cənubi Koreyada müşahidə olunub, Çin isə bu vəziyyətdən ən çox təsirlənən ölkədir və artıq 21 insan bu qripə yoluxub.
Avropa və Asiyada olan yoluxma ilə bağlı məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) bildirilib. Mütəxəssislərin fikrincə, bu, virusun yenidən sürətlə yayıldığına işarə ola bilər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısı Alınması Mərkəzindən bildirilib ki, insan virusu olan quşa toxunmaqla bu xəstəliyə yoluxa bilər. Yoluxmuş quş qanadlarını çırparkən, cızarkən və ya başını yelləyərkən tez-tez yoluxmuş damlacıqları və ya tozu havaya yayır. Virus hissəcikləri bir insanın gözünə, burnuna və ya ağzına daxil olarsa, yoluxa bilər.
Qeyd edək ki, quş qripindən ölüm nisbəti koronavirusdan 2 qat daha çoxdur.
Mikayıl Mirzəzadə