Quş qripindən ölənlərin sayı 163 nəfərə çatdı

DÜNYA
13:35 19.11.2013
918

İndoneziyanın Qərbi Yava əyalətinin sakini quş qripinin (H5N1) 163-cü qurbanı olub.

AZXEBER.COM-un “Interfax”a istinadən verdiyi xəbərə görə, səhiyyə nazirliyindən bildirilib ki, qadın quş qripinə ötən həftə yoluxub, lakin dərhal tibbi yardıma müraciət etməyib.Nəticədə həkimlərin 31 yaşlı indoneziyalı qadını klinikaya müalicəyə gətirməyə vaxtları çatmayıb.Qeyd edək ki, 2003-cü ildən bəri dünyanın 15 ölkəsində 600-dən çox insanın H5N1 virusuna yoluxma halı müşahidə olunub. Bunlardan 359-u ölümlə nəticələnib. Bu virusdan ən çox ziyan görən ölkə İndoneziya olub. Bu ölkədə 2005-ci ildən bəri quş qripinə 195 insan yoluxub. Onlardan yalnız 32-si sağ qala bilib.

OXŞAR XƏBƏRLƏR