Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb. AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Aşağı Ləgər kəndində baş verib. 1993-cü il təvəllüdlü Ramik Müslümov fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.