Qusarda 42 yaşlı qadın özünə od vurdu

Qusarda 42 yaşlı qadın özünə od vurdu
SOSİAL
17:58 25.02.2019
6855
Qusar rayonunda intihara cəhd faktı qeydə alınıb.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çubuqlu kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Elnarə Salahova ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan qadın müalicə üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR