Qusarda "Əxi" və "Makay” ləqəbli narkotacirlər tutulub

Qusarda "Əxi" və "Makay” ləqəbli narkotacirlər tutulub
KRİMİNAL
10:52 25.04.2020
3125
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən, ümumilikdə yeddi nəfər olmaqla iki dəstə ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş "Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Yagir Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə narkotik maddə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, "Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub. Hazırda dəstənin digər üzvlərinin ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı və dövriyyəsi ilə məşğul olan daha dörd nəfər də ifşa olunub. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Qusar rayon sakinləri, "Makay” ləqəbli Renad Tahirov, Fazil Bağışov, Quba rayon sakinləri İmran Əliyev və Elmar Kərimov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin hər birindən satış üçün hazırlanmış narkotik maddə heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
22:46 17.10.2026
Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Pakistanda 20 polis qaçırıldı
22:29 17.10.2026
Pakistanda 20 polis qaçırıldı
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
22:20 17.10.2026
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
22:08 17.10.2026
Bayram matəmə çevrildi - 17 nəfər əzilərək öldü
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
21:59 17.10.2026
Tramp "ölü adam kimi görünməmək" üçün makiyaj edir?
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
21:46 17.10.2026
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Mağazalar və bankomatlar darmadağın edildi, avtomobillər yandırıldı
21:38 17.10.2026
Mağazalar və bankomatlar darmadağın edildi, avtomobillər yandırıldı
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
21:33 17.10.2026
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
21:23 17.10.2026
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
Bağdadda güclü partlayış baş verdi
21:18 17.10.2026
Bağdadda güclü partlayış baş verdi
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
21:06 17.10.2026
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub