Qusarda istirahət mərkəzində qohumlar zəhərləndi

Qusarda istirahət mərkəzində qohumlar zəhərləndi
SOSİAL
15:05 17.08.2023
182
Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR