Quterreş BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib

Quterreş BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib
DÜNYA
18:37 26.04.2022
364
BMT-nin baş katibi Antonio Quterreş Rusiya hakimiyyətinə Ukraynada humanitar dəhlizlərin təmin edilməsi üçün BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, bu təklifi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunu üzrə keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, BMT öz qüvvələrini zərər çəkmiş Mariupol sakinlərinə kömək etmək üçün səfərbər etməyə, eləcə də hər kəsin şəhərdən çıxarılmasına dəstək verməyə hazırdır.

A.Quterreş Mariupolda "böhran içində böhran” baş verdiyi də qeyd edib.

OXŞAR XƏBƏRLƏR