Quterreş BRICS sammitində iştirak etmək istəyir

Quterreş BRICS sammitində iştirak etmək istəyir
DÜNYA
18:47 10.10.2024
335
BMT-nin Baş katibi Antonio Quterreş bu ay baş tutacaq BRICS sammitində iştirak etmək niyyətindədir.

Bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb. 

Onun sözlərinə görə, baş katib sözügedən məsələ barədə BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə danışıb. 

Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-dən 24-nə qədər Kazanda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR