Quterreş Qəzzadakı böhranı müzakirə etmək üçün sabah Misirə səfər edəcək

Quterreş Qəzzadakı böhranı müzakirə etmək üçün sabah Misirə səfər edəcək
DÜNYA
18:21 17.10.2023
168
BMT-nin Baş katibi Antoniu Quterreş Qəzza zolağındakı humanitar böhranı oktyabrın 18-də Misirdə Prezident Abd əl-Fəttah əs-Sisi ilə müzakirə edəcək.

Məlumatı "Financial Times” yayıb.

Bildirilib ki, Qəzza zolağının şimalından yüzminlərlə sakin öz evini tərk edərək cənub bölgəsinə köçür. Misir ABŞ-ni və Avropanı Qəzzada yaranmış böhranı həll etməyə çağırıb.

Məlumata görə, Misirin xarici işlər naziri Sameh Şükrü xəbərdarlıq edərək deyib ki, məcburi yerdəyişmə Fələstin böhranının həlli deyil: "Siz istəyrsiniz ki, biz 1 milyon insanı qəbul edək? Onda mən onları Avropaya göndərməyə hazırlaşıram. Siz insan hüquqlarının qayğısına daha yaxşı qalırsınız. Odur ki, onları da qəbul edin”.
OXŞAR XƏBƏRLƏR