Quterreş:“Yaxın Şərqdə uçurumun astanasındayıq”

Quterreş:“Yaxın Şərqdə uçurumun astanasındayıq”
DÜNYA
12:30 16.10.2023
162
BMT-nin baş katibi Quterreş "Yaxın Şərqdə uçurumun astanasındayıq” deyərək, İsraili Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməyə, Həması isə girovları azad etməyə çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, BMT-nin baş katibi Quterreş  1,1 milyon fələstinlinin yardıma ehtiyacı olduğunu deyib: "Mühasirəyə alınmış Qəzza zolağında köməksiz qalan 1,1 milyon fələstinlinin humanitar yardıma ehtiyacı var. İsrail qurudan Qəzzanı işğal etməyə hazırlaşır. Bu da Birləşmiş Millətlər Təşkilatı olaraq bizi narahat edir".
 
Qəzzada su, elektrik və digər əsas ehtiyacların tükəndiyini vurğulayan Quterreş anbarlarda olan məhsulları bir neçə saata ora daşıya bilərik deyə bildirib: "BMT-nin Misir, İordaniya, İsrail və İordan çayının qərb sahilində anbarları var. Oradakı məhsulları bir neçə saat ərzində Qəzzaya daşıya bilərik".
 
Aysel
OXŞAR XƏBƏRLƏR