Qvardiola “Bavariya”nın yarımmüdafiəçisini “Mançester Siti”də görmək istəyir

İDMAN
19:55 26.10.2023
236
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanı komandasında görmək istəyir.

İspaniyalı mütəxəssis 20 yaşlı alman futbolçunun istedadının böyük pərəstişkarıdır.

"Mançester Siti” rəhbərliyinin Musialaya görə Almaniya təmsilçisinə böyük məbləğdə transfer haqqı təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Camal Musiala bu mövsüm bütün yarışlarda 10 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt” portalı onu 110 milyon avro qiymətləndirir.
 
///Report
OXŞAR XƏBƏRLƏR