İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçisi Xosep Qvardiola futbol üzrə Braziliya milli komandasına rəhbərlik edə bilər.
2012-ci il London Yay Olimpiya Oyunlarında futbol turnirinin finalında Braziliyanın Meksikaya 1:2 hesablı məğlubiyyəti hazırkı baş məşqçi Mano Menezesin kürsüsünü laxladıb.
Menezesin ölkədəki populyarlığı kifayət qədər azalıb. Potensial əvəzləyici qismində Qvardiolanın adı çəkilir.
Qeyd edək ki, Xosep Qvardiola “Barselona”dan istefa verdikdən sonra işinə fasilə verərək, ailəsi ilə birgə ABŞ-ın Nyu-York şəhərinə istirahətə yollanıb.