“Qalatasaray”ın baş məşqçisi Fatih Terim “Bayern Münhen”in formasını geyən Emre Cana göz dikib.
AZXEBER.COM-un məlumatına görə, təcrübəli çalışdırıcı 19 yaşlı yarımmüdafiəçinin transferi üçün birbaşa “Bayern”in baş məşqçisi Pep Qvardiola ilə əlaqə saxlayıb.
Pep Emre Canı komandasında görmək istəməsə, onun “Qalatasaray”a transfer olunmasına razılıq verəcəyini bildirib.
Qeyd edək ki, mərkəz və sol cinah müdafiəçisi mövqeyində də çıxış edə bilən Emre Can Almaniyanın 5 yaş qrupu üzrə yığma komandasında forma geyib.