Bu gün Azərbaycan futbolsevərləri üçün bayram olacaq
İdman Azərbaycan telekanalında futbol azarkeşlərinə daha bir maraqlı oyun nümayiş olunacaq. Söhbət Almaniyanın "Bayern" (Münhen) və İspaniyanın "Barselona" komandalarının keçirəcəyi yoldaşlıq oyunundan gedir. Qarşılaşma saat 21.15-də başlayacaq və İdman Azərbaycan telekanalıyla canlı yayımlanacaq. Xatırladaq ki, bu iki komanda ötən mövsüm Çempionlar Liqasının yarımfinalında qarşılaşmışdı, münhenlilər Kataloniya klubunu cəmi 7:0 (4:0) (0:3) hesabı ilə darmadağın etmişdilər. Münhendə keçiriləcək görüş Almaniya klubunun prezidenti Uli Hönessin 60 yaşının tamam olması münasibətilə baş tutacaq. "Bavariya"nı meydana "Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiolaçıxaracaq, Kataloniya klubunu isə baş məşqçinin köməkçisi Xordi Rouraoyuna hazırlayıb.//milli.az