Qvardiolanın "Mançester Siti"dən ayrılacağı vaxt bəlli oldu

İDMAN
19:46 12.06.2023
275
İngiltərənin "Mansçester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə vəzifəsindən ayrılmaq istəyir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"lə müqaviləsini uzatmaq niyyətində deyil.

Onun özünü başqa klubda sınamaq istədiyi bildirilib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
OXŞAR XƏBƏRLƏR