Rövnəq Abdullayev futbolçuları "ağ yuyub, qara sərdi"

İDMAN
07:24 05.06.2011
2305

Futbolunun 100 illik yubileyi ərəfəsində komandamız Qazaxıstan kimi zəif rəqibə 1:2 hesabı ilə məğlub oldular. 
Deyəsən bu məğlubiyyət AFFA prezidenti Rövnəq Abdullayevi də bərk qəzəbləndirib.

İyunun 4-də AFFA prezidenti «Aeroport otel»də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüş keçirib. Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də keçirilmiş Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı Rövnəq Abdullayevə hesabat verib.

Sonra AFFA-nın rəhbərliyi komandanın üzvləri ilə görüşərək millinin oyunundan və nəticədən narazılığını bildirib, qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.

Milli komandanın adının çəkilməməsini istəyən heyət üzvü bildirib ki, R.Abdullayev baş məşqçi ilə söhbət zamanı hətta onun üstünə qışqırıb. Məlumata görə, AFFA prezidenti bildirib ki, Azərbaycan millisi Avropada ən zəif komanda olan Qazaxıstana “qapazaltı” olmaqla onu ölkə ictimaiyyəti qarşısında başıaşağı, diligödək edib.

Son oyun göstərdi ki, Azərbaycan futbolunun inkişafı üçün xərclənən pullar batır. Neft pulları ilə bəslənən futbolçularımız Azərbaycan futbol ictimaiyyətinin qanını qaratltmaqda davam edirlər.

Azərbaycanı mötəbər turnirlərdə təmsil edən bu futbolçular Azərbaycan pensiyaçısının, müəlliminin, həkiminin, hətta aliminin hələ xeyrini görmədiyi neft pulları hesabına necə deyərlər, yağ içində böyrək kimi bəslənirlər. Hərəsinin bir neçə bahalı xarici avtomobili, evləri var, yaxşı maaş, mükafat alırlar, yüksək kalorili qidalarla yedizdirilirlər. Bəs nəticə hanı..? Nə vaxtadək qapazaltı olacaqlar..?

Həmkarlarımızdan biri yaxşı deyir: bu futbolçuların bir gündə qəbul etdiyi qidanı Murovda sinəsini erməni gülləsinə sipər edən qəhrəman əsgərlərimiz bir həftədə yeyə bilmirlər.

Əsgərlərimizin yeyə bilmədiklərini onlar yeyir, zabirlərimizin ala bilmədikləri məvacibi onlar alır... Amma nə fadası, hər dəfə bizi biabr edirlər. 
Gör nə günə qalmışıq ki, Avropada ortabab, cırtdan ölkələr hər dəfə püşkatma olanda Allaha yalvarırılar ki, qrupda Azərbaycanla bir yerə düşsünlər. Ki, ən azından 6 xal toplaya bilsinlər...

İldə 1 milyon dollardan artıq məvacib alan, Almaniyada heç kimin ortabab kluba belə çağırmadığı Berti Foqtsun Azərbaycanda hamını avam yerinə qoyub özünü yuxarıdan aparması isə adamı lap dəli eləyir…
Çox yəqin əgər Foqts Afrikanın ən geridəqalmış banan respublikasında belə nəticələr göstərsəydi, çoxdan onun dalına dəyib, baş məşqçilikdən qovmuşdular...

Bizim AFFA rəhbərliyi isə hələki Azərbaycanda özünü sanki turist səfərində olduğu kimi hiss edən Berti Foqtsun başını sığallayır, xətrinə dəymir, cibini doldurur... Nə üçün, kimə lazımdır belə oynamaq..? Yüz fazi əminik ki, Azərbaycanı futbolsevərlərinə lazım deyil...

/// modern.az

OXŞAR XƏBƏRLƏR